Ana səhifə FAQ'S
FAQS

Adsgarden Platformasının hansı üstünlükləri var?

Artıq onlarla sayta reklam yerləşdirmək üçün hər biri ilə danışıqlar aparmaq, bir-birinə uyğun gəlməyən qiymətlər almaq, çoxlu fərqli ölçülərdə bannerlər hazırlamaq həm ciddi vaxt, həm də pul itkisidir. Bu bannerləri istədiyiniz vaxt yeniləri ilə əvəz etmək, istədiyiniz vaxt dayandırmaq və ya büdcəsini idarə etmək imkanlarınız olmur. Reklamlarınızın effektivliyini ölçmək və anında prosesə müdaxilə etmək də əlinizdə olmur. AdsGarden platformasında cəmi bir neçə saniyəyə siz bunların hamısını edə bilir, kampaniyalarınızı istədiyiniz kimi idarə edə bilirsiniz. Həm maddi, həm vaxt ikisinin qarşısını alır, effektiv nəticələr alırsınız. Həm də bütün bunları ən kiçik büdcə ilə də etmək imkanınız var. 

Necə reklam yerləşdirmək olar?

AdsGarden platformasında reklam yerləşdirmək üçün öncə qeydiyyatdan keçir, sonra BALANS YÜKLƏ düyməsinə tıklayıb, istənilən bank kartı ilə balansınızı artırırsınız. Sonra REKLAM YÜKLƏ düyməsinə tıklayıb, yüklədiyiniz balansdan çox olmamaq şərti ilə istədiyiniz büdcə ilə reklam yarada, balansınızı tam və ya hissə-hissə xərcləyə bilərsiniz. Reklamınız yoxlanılıb təsdiqləndikdən sonra dərhal yayına başlayır. 

Ödəməni hansı formada etmək olar?

Ödəməni plastik kart və ya öncədən müqavilə bağlamaqla köçürmə və nağd ödəniş formasında etmək mümkündür. 

Reklama başlamaq üçün minimum məbləğ nə qədər olmalıdır?

Reklama başlamaq üçün, mütləq balans yaratmağınız lazımdır. Minimum balans məbləği 10 manatdır.

Reklamların qiyməti necə hesablanır?

Reklamların qiyməti sizin secəcəyiniz formaya görə hesablanacaq. İstəyinizə uyğun olaraq, CPM (görüntüyə görə) və CTR (tıklamaya görə) reklamları seçə bilərsiniz. Bundan başqa, secəcəyiniz hədəf kütləsinin də qiymətə təsiri ola bilər. Start qiyməti CPM üçün 0.30 AZN-dir. İnpage Video reklamların qiyməti isə CPM üçün 5 AZN-dir.

Reklamlarımız harada görünəcək?

Reklamlarınız AdsGarden-ə qoşulmuş çoxsaylı internet saytlarında - sizin sifarişin məbləğinə uyğun olaraq, sistem tərəfindən avtomatik və ağıllı alqoritmlər tərəfindən göstəriləcək. Siz istəyinizə uyğun olaraq, hədəf kütlənizi daralda, reklamlarınızın sistemdə mövcud olan konkret kateqoruyalarda görünməsini də ayarlaya bilərsiniz.


Hansı hədəf seçmə metodları var?

Reklamınızı qurğular üzrə (Destkop, Tablet, Mobil), əməliyyat sistemləri üzrə (Android, iOS və s.), konkret saytlar və ya kateqoriyalar üzrə (Xəbər, Əyləncə, Biznes və s.) hədəfləyərək göstərə bilərsiniz. Bundan başqa ölkə və şəhər üzrə də seçim təklif olunur. Həmçinin hədəf kütlənizə uyğun açar sözlərdən də istifadə edə bilərsiniz. Unutmayın ki, hədəfləmə reklamların başlanğıc qiymətinə təsir edir.

Reklamın göstəriləcəyi saytları seçmək mümkündürmü?

Reklamın hansı saytlarda görünüb-görünməməsini seçmək mümkündür. Verdiyiniz reklam ölçüsünün həmin saytda olub-olmadığına diqqət etmək lazımdır. Amma hədəf daraltması reklamların başlanğıc qiymətinə təsir edir.

Ən çox istifadə olunan reklam ölçüləri hansılardır?

Ən populyar reklam ölçüləri: 350x250, 160x600, 320x100, 728x90. Ümumiyyətlə isə, sistem bütün standart banner ölçülərini dəstəkləyir.

Hansı reklam növləri var?

Bütün standart ölçülərdə sabit (.jpg) və hərəkətli (.gif, HTML5) bannerlərini dəstəkləyirik. Bundan əlavə, xəbər, press-reliz və məhsul reklamları üçün yüksək effektivli informerlərimiz mövcuddur. Bir cümləlik slogan və ya başlıqlar üçün də reklam tipimiz var. Video reklamlar qəbul edir və onların harda və necə yayımlanması üçün özəl təkliflərimiz mövcuddur. Özəl sifarişlər üçün fərqli format və ölçülər də hazırlana bilər.

Hansı statistikalar təqdim olunur?

Reklamınız onaylandıqdan dərhal sonra reklamınızın performansını canlı izləyə bilirsiniz. Harda və neçə dəfə görünüb, nə qədər tıklama alıb, CTR faizi nə qədərdir kimi standart statistikalarla yanaşı, biz unikal göstərim və unikal tıklamaların da statistikası ilə tanış ola bilərsiniz. Bundan əlavə, video reklamlar üçün VTR statistika- reklamların nə qədər və neçə faiz izləndiyini təqdim edirik. Bu statistikanın köməyi ilə siz nə qədər adamın video reklamlarınızı 25, 50, 75 və 100 faiz izlədiyiniz təyin etmiş olursunuz.


AdsGarden platformasında reklam yayınlamaq istəyirsiniz?
Bir neçə addımla müştəri qazanmağa başla!